Azərbaycan gimnastları beynəlxalq yarışlarda medallar qazanıblar

Azərbaycan gimnastları beynəlxalq yarışlarda medallar qazanıblar Azərbaycanın idman gimnastı Nikita Simonov Xorvatiyanın Osiyek şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıb.
Fərdi
27 May , 2019 15:44
Azərbaycan gimnastları beynəlxalq yarışlarda medallar qazanıblar

Azərbaycanın idman gimnastı Nikita Simonov Xorvatiyanın Osiyek şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanıb. 

"Report"un məlumatına görə, 28 ölkənin mübarizə apardığı yarışda idmançı halqalarla hərəkətlərdə 14.500 xal toplayaraq birinci olub. İvan Tixonov isə dəstəli atda 14 tam xalla bürünc medala layiq görülüb. 

Azərbaycanın idman gimnastları Macarıstanın paytaxtı Budapeştdə keçirilən beynəlxalq yarışda da medallar əldə edib. Müxtəlif yaş kateqoriyalarında qüvvələrini sınayan gimnastlar 6 medala sahib olublar. 

Komandanın hesabına ən çox medal yazdıran Rüstəm Əhməd olub. İdmançı turnikdə gümüş (12.650), halqalarda (12.400) və sərbəst hərəkətlərdə (12.300) isə bürünc medal qazanıb. Gənc atlet çoxnövçülükdə isə 73.400 xal toplayaraq qızıl medala yiyələnib. 

Yarışda Mənsum Səfərov dəstəli atda 11.350 xal, Səməd Məmmədli isə turnikdəki hərəkətlərə görə 12.650 xal toplayaraq bürünc medala sahib olub. 

Son xəbərlər

Orphus sistemi