Azərbaycan gimnastları Avropa çempionatının favoritləri hesab olunur

Azərbaycan gimnastları Avropa çempionatının favoritləri hesab olunur Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının favoritləri açıqlanıb.
Fərdi
27 Oktyabr , 2020 17:19
Azərbaycan gimnastları Avropa çempionatının favoritləri hesab olunur

Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatının favoritləri açıqlanıb.

"Report" Avropa Gimnastikasının (EG) rəsmi saytına istinadən xəbər verir ki, çoxnövçülük yarışlarında qızıl medallara iddiaçılar arasında Azərbaycan idmançıları da yer alıb.

Arzu Cəlilova və Zöhrə Ağamirovanın qalib olmaq şansları yüksək qiymətləndirilib.

Onlarla yanaşı, Alina Xarnasko və Anastasiya Salos (Belarus), Katrin Tasayeva və Boryana Kaleyn (Bolqarıstan), Nikol Zelikman və Linoy Aşram (İsrail), Aleksandra Agiurcukuleze və Milena Baldassarri (İtaliya), Viktoriya Onopriyenko və Valdu Nikolçenko (Ukrayna) kimi gimnastlar da favoritlər sırasında göstəriliblər.

Qeyd edək ki, Avropa çempionatı 26 - 29 noyabrda keçiriləcək. Azərbaycan millisinin yarışda 13 gimnastla təmsil ediləcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi