​Azərbaycan gimnastları Estoniyada 6 medal qazanıb

​Azərbaycan gimnastları Estoniyada 6 medal qazanıb Medallardan 3-ü gümüş, 3-ü bürüncdür
Fərdi
15 Fevral , 2016 12:35
​Azərbaycan gimnastları Estoniyada 6 medal qazanıb

Bakı. 15 fevral. REPORT.AZ/ Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə "Miss Valentine" beynəlxalq turniri keçirilib. "Report"un Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirdə Azərbaycan böyüklər, gənclər və yeniyetmə yaş kateqoriyalarında təmsil olunub.

Böyüklər proqramı ilə ilk dəfə çıxış edən Jalə Piriyeva iki finalda iştirak edib. O, gürzlərlə çıxışına görə 5-ci, topla isə 7-ci yerdə qərarlaşıb. J.Piriyeva çoxnövçülük yarışında da 7-ci yerlə kifayətlənib.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, gənc gimnast Zöhrə Ağamirova çoxnövçülükdə bürünc medal qazanıb. O, 3 finalda çıxış edərək, gürzlərlə hərəkətlərə görə gümüş, ip və topla çıxışlarına görə isə bürünc medal əldə edib. Digər gimnast Darya Farşbafşəhriyari gənclər yaş kateqoriyasında çoxnövçülükdə 5-ci yerdə qərarlaşıb.

Beynəlxalq arenada debüt edən Arzu Cəlilova və Nərminə Səmədova isə yeniyetmələr proqramında çıxış ediblər. N.Səmədova halqa, A.Cəlilova isə topla çıxışlarına görə gümüş medal qazanıblar.

Son xəbərlər

Orphus sistemi