Azərbaycan gimnastı Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb

Azərbaycan gimnastı Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycanın batut gimnastı Maqsud Mahsudov finala yüksəlib.
Fərdi
25 Noyabr , 2021 18:22
Azərbaycan gimnastı Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb

Azərbaycanın batut gimnastı Maqsud Mahsudov Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 13-14 yaş kateqoriyasında mübarizə aparan idmançı iki cəhdin cəmində 56.200 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

15:41

Bakıda keçirilən 28-ci Dünya Yaş Qrupları Yarışlarında Azərbaycanın batut gimnastı Maqsud Mahsudov finala yüksəlib.

"Report"un məlumatına görə, 13-14 yaş kateqoriyasında mübarizə aparan Mahsudov 99,880 xalla təsnifat mərhələsini ikinci pillədə başa vurub.

Beləliklə, o, həlledici mərhələyə vəsiqə qazanıb.

Finalda Mahsudovla yanaşı, yaponiyalı Haruto Murakami, britaniyalı Maks Middelton, Rusiya gimnastları Vitaliya Çivaqa, İldan Maxiyanov, Lev Busarev, belaruslu Maksim Asipenka və Fransa idmançısı Aleksis Requlus mübarizə aparacaqlar.

Son xəbərlər

Orphus sistemi