Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan gimnastı Yelizaveta Luzan Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.
Fərdi
3 sentyabr 2018 10:06
Azərbaycan gimnastı beynəlxalq turnirdə bürünc medal qazanıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan gimnastı Yelizaveta Luzan Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnirdə bürünc medal qazanıb.

"Report" Azərbaycan Gimnastika Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, fərdi proqramda çıxış edən gənc idmançı lent ilə hərəkətlərə görə hakimlərdən 13.900 xal alaraq, fəxri kürsünün 3-cü pilləsinə yüksəlib. Gimnast çoxnövçülükdə 4-cü, halqa, top və gürzlərlə çıxışlarına görə isə 6-cı olub.

Azərbaycan millisinin digər fərdi gimnastı Məryam Səfərova isə çoxnövçülükdə 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 15 ölkədən 200-ə yaxın gimnast iştirak edib. 

Son xəbərlər

Orphus sistemi