Azərbaycan gimnastı Belçikada təşkil edilən beynəlxalq turnirdə 5 medal qazanıb

Azərbaycan gimnastı Belçikada təşkil edilən beynəlxalq turnirdə 5 medal qazanıb Medallardan 4-ü qızıl, 1-i isə gümüşdür
Fərdi
6 Noyabr , 2017 15:22
Azərbaycan gimnastı Belçikada təşkil edilən beynəlxalq turnirdə 5 medal qazanıb

Bakı. 6 noyabr. REPORT.AZ/ Bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü Zöhrə Ağamirova Belçikanın Gent şəhərində təşkil edilən “Happy Cup” beynəlxalq turnirində 5 medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından “Report”a verilən məlumata görə, medallardan 4-ü qızıl, 1-i isə gümüşdür. Z.Ağamirova 27 iştirakçı arasında ilk “qızıl”ını ən çətin proqramda – çoxnövçülükdə əldə edib. Ardından, o, halqa, gürzlər və lentlə də final mərhələlərində bütün rəqiblərini geridə qoyaraq növbəti 3 qızıl medala yiyələnib.

Azərbaycan idmançısı 1 gümüş medalını isə topla hərəkətlərdə qazanıb.

Turnirdə “yunior” proqramında Azərbaycanı təmsil edən Yelizaveta Luzan isə iki finalda çıxış edib. Gənc idmançı 57 iştirakçı arasında lentlə 4-cü, topla isə 5-ci yerdə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi