Azərbaycanlı kikboksçu şortlarını sataraq, Ukrayna ordusuna yardım edib

Azərbaycanlı kikboksçu şortlarını sataraq, Ukrayna ordusuna yardım edib Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadənin auksiona çıxardığı, qızıl medal qazandığı Polşanın Vrotslav şəhərində baş tutmuş X Ümumdünya Oyunlarında geyindiyi şortlar satılıb.
Fərdi
1 Avqust , 2022 17:52
Azərbaycanlı kikboksçu şortlarını sataraq, Ukrayna ordusuna yardım edib

Azərbaycan əsilli Ukrayna kikboksçusu Orfan Sənanzadənin 2017-ci ildə Polşanın Vrotslav şəhərindəki X Ümumdünya Oyunlarında geyindiyi şortlar hərracda satılıb.

"Report"un məlumatına görə, şortları kikboksinq üzrə Ukrayna millisinin üzvü, idman ustası Aleksey Sergeyeviç 3 min qrivnaya (təxminən 140 AZN) alıb.

Bu gün isə Sənanzadə bu il gümüş medal qazandığı, ABŞ-ın Birmingem şəhərindəki XI Ümumdünya Oyunlarında təşkilatçıların təqdim etdiyi formanı hərraca çıxarıb. Həmin formanın arxa tərəfində "I stand with Ukraine" ("Mən Ukraynanın yanındayam") sözü yazılıb. İdmançı şortlar kimi, formaya da yenə 500 qrivna (23 manat) ilkin qiymət qoyub. Hərrac avqustun 3-dək davam edəcək.

Qeyd edək ki, Orxan Sənanzadə Ümumdünya Oyunlarında qızıl medal qazanıb. Satışdan əldə olunan pul Ukrayna Silahlı Qüvvələrində xidmət aparan kikboksçular və onların məşqçilərinin ehtiyaclarına yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi