Bakı. 21 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 85 illik yubileyi qeyd olunur. "Report"un məlumatına görə, bu münasibətlə akademiyanın kollektivi və idman ictimaiyyətinin nümayəndələri Fəxri Xiyabanda ümummilli lider, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq Zərifə Əliyevanın xatirəsi də ehtiramla yad olunub.
Yubiley tədbiri akademiyada davam etdiriləcək.