Azərbaycan diasporu Lvovda idman sarayı istifadəyə verib

Azərbaycan diasporu Lvovda idman sarayı istifadəyə verib Ukraynada gedən hərbi əməliyyatlarda ölənlərin uşaqlarına pulsuz xidmət göstəriləcək
Fərdi
1 Aprel , 2015 16:16
Azərbaycan diasporu Lvovda idman sarayı istifadəyə verib

Bakı. 1 aprel. REPORT.AZ/ Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) Lvovda İdman Sarayı açaraq istifadəyə verib. 

Konqresdən "Report"a verilən məlumata görə, BUAK-ın Lvov vilayəti üzrə sədri Teymur Məmmədovun rəhbərliyi ilə keçirilən açılış mərasimində deputatlar, Ukrayna Azərbaycanlıları Gənclər Təşkilatı (UAGB), yerli hakimiyyətin, SOCAR-ın Ukraynadakı, gənclər təşkilatlarının təmsilçiləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Açılışda Lvov vilayəti Radasının deputatı Andrey Karbovnik Azərbaycan diasporunun bu fəaliyyətini və idman zalının açılış təşəbbüsünü şəxsən dəstəkləyib. Daha sonra bildirilib ki, Almaniyadan azərbaycanlı məşqçilər Yusif Yusifzadə və İrac Həsənzadə (yunan-Roma), o cümlədən, digər yeli xalqlardan olan məşqçilər sarayda çalışmaq üçün gətirilib. Sarayda bütün güləş və Şərq əlbəyaxa idman növləri tədris olunacaq. Ukraynada gedən hərbi əməliyyatlarda ölənlərin uşaqları, o cümlədən digər kimsəsiz uşaqlara sarayda pulsuz xidmət göstəriləcək. 

Ukrayna Millətlər Assambleyasının prezidenti, BUAK-ın sədri Rövşən Tağıyev bildirib ki, belə layihələrin həyata keçirilməsi azərbaycanlılar tərəfdən ukraynalılara bir ərməğandır və bu davam edəcək: “Gənclərin döyüş ruhunun və sağlamlığının möhkəmlənməsi əsas vacib amildir”.

Son xəbərlər

Orphus sistemi