Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb Zelim Kotsoyev XXIX Yay Universiadasında birinci olub
Fərdi
20 Avqust , 2017 15:08
Azərbaycan cüdoçusu Universiadada qızıl medal qazanıb

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycan cüdoçusu Zelim Kotsoyev Tayvanın paytaxtı Taypeydə start götürən XXIX Yay Universiadasında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən 19 yaşlı idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayıb.

O, ardıcıl olaraq, almaniyalı Filipp Qalandi, latviyalı Vadim Lando, bosniya və herseqovinalı Hadis Ramiç və rusiyalı Niyaz Bilalovu üstələdikdən sonra finala yüksəlib. Həlledici qarşılaşmada isə Kotsoyev yaponiyalı Kentaro İydanı üstələyərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, Universiadada Azərbaycanı taekvondo (12), cüdo (3), atletika (2) və ağırlıqqaldırma (2) növlərində üst-üstə 19 idmançı təmsil edir. Ötən gün startı verilmiş kompleks yarışa avqustun 30-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi