Azərbaycan cüdoçusu: "Uğursuzluğun bir neçə səbəbi ola bilər"

Azərbaycan cüdoçusu: "Uğursuzluğun bir neçə səbəbi ola bilər" "Nəticə heç birimizi qane etmir. 7 kişi idmançısı ilə yarışa gəlmişdik. 5 ildir bu yolu gedirik və hazırlaşırıq. Nə məni, nə də digər idmançıları nəticələr qane edir. Bunun bir neçə səbəbi ola bilər. Cavan və təcrübəsiz cüdoçularımız var. Bəlkə ona görə u
Fərdi
30 İyul , 2021 12:47
Azərbaycan cüdoçusu: Uğursuzluğun bir neçə səbəbi ola bilər
Məmmədəli Mehdiyev

"7 kişi idmançısı ilə yarışa gəlmişdik. 5 ildir bu yolu gedir və hazırlaşırıq. Nə məni, nə də digər idmançıları nəticələr qane edir. Bunun bir neçə səbəbi ola bilər. Cavan və təcrübəsiz cüdoçularımız var. Bəlkə ona görə uduzublar".

"Report"un məlumatına görə, bu fikirəri Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışları barədə danışarkən deyib.

90 kq çəki dərəcəsində mübarizə aparan idmançı özünün və Rüstəm Orucovun (73 kq) birlikdə püşkatmada bəxtlərinin gətirmədiyini bildirib: "Həm mənim, həm də onun çəkisində 2-3 idmançı var ki, onlara qarşı görüşlərdə çətinlik çəkirik. Elə oldu ki, onlar bizim qrupumuza düşdü. Hazırlığımız yaxşı keçmişdi, Tokioya yaxşı ab-havada gəlmişdik. Bəxtsizlik oldu. Konkret səbəb deyə bilmirəm".

Mehdiyev psixoloji cəhətdən hazırlıqlı olduqlarını söyləyib: "Hamımız məsuliyətimizi dərk edirdik. 5 ildir Oyunlara hazırlaşırıq, bu yolda əziyyətlər çəkirik. Hər idmançının niyyəti medalla qayıtmaq və bayrağı dalğalandırmaq idi. Hazırlığımız yaxşı keçib. 3-4 idmançı var ki, onlarla güləşəndə çətinlik çəkirəm. Onun da biri rusiyalı cüdoçu Mixail İqolnikov idi. O, ikinci görüşdə mənə rəqib oldu. Məşqlərdə hazırlaşmışdım. Lakin məşqlə yarış tamam ayrıdır. Özümü də yaxşı hiss edirdim və formada idim. Tatamiyə çıxdım, amma alınmadı".

Cüdoçu pandemiyanın da nəticələrə təsir etdiyini sözlərinə əlavə edib: "Neçə ay zallar bağlı olub. Bu, bizə çox pis təsir edib. Zal tapa və məşq edə bilmirdik. Yarışdan əvvəl yığma üzvləri və mən koronavirusa yoluxmuşduq. O səbəbdən, Avropa çempionatını buraxdım, iki ay müalicə aldım. Dünya çempionatında iştirak etmək istəsəm də, sonda qatılmadım".

Son xəbərlər

Orphus sistemi