Tokio-2020: Azərbaycan cüdoçusu bürünc medal qazandı - YENİLƏNİB - 4

Tokio-2020: Azərbaycan cüdoçusu bürünc medal qazandı - YENİLƏNİB - 4 Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fərdi
30 İyul , 2021 13:04
Tokio-2020: Azərbaycan cüdoçusu bürünc medal qazandı - YENİLƏNİB - 4
İrina Kindzerska

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında sonuncu görüşünü keçirib.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska bürünc medal qazanıb.

Bu gün mübarizəyə qoşulmuş Uşangi Kokauri yarışı medalsız başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.

12:08

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda yaponiyalı Akira Sone ilə üz-üzə gəlib.

Rəqibinə ipponla məğlub olan Kindzerska bürünc medal uğrunda görüşə qatılacaq. Rəqib isə çinli Şiyan Xu olacaq.

08:02

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska yarımfinala yüksəlib. O, finala gedən yolda yaponiyalı Akira Sone ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulmuş Uşangi Kokauri yarışı medalsız başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.

07:27

Azərbaycanın daha bir qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Larisa Tseriçlə (Bosniya və Herseqovina) üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. O, bu raundda Cənubi Koreya təmsilçisi Min-Cin Hanla üz-üzə gələcək.

Bu gün mübarizəyə qoşulmuş Uşangi Kokauri yarışı medalsız başa vurub. Daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.

07:04

Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib.

Əsas vaxtda qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri olimpiada ilə vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Aişə Qurbanlı (48 kq) medal qazana bilməyib. Orucov bürünc medal uğrunda görüşdə uduzaraq beşinci yeri tutub.

06:18

Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib. O, bu raundda braziliyalı Rafael Silva ilə üz-üzə gələcək.

Uşangi Kokauri
Uşangi Kokauri

Son xəbərlər

Orphus sistemi