Azərbaycan cüdoçusu Qran Prinin qalibi olub

Azərbaycan cüdoçusu Qran Prinin qalibi olub Vüqar Şirinli finalda rusiyalı rəqibini yenib
Fərdi
6 Oktyabr , 2017 17:26
Azərbaycan cüdoçusu Qran Prinin qalibi olub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə Qran Priyə start verilib.

"Report"un məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisi aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində çıxış edən Vüqar Şirinli finala qədər Tacikistan və Özbəkistan təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə isə Şirinli rusiyalı İslam Yaşuyevi də yenərək qızıl medala sahib olub.

Qeyd edək ki, 27 ölkədən 183 (91 kişi, 92 qadın) cüdoçunun qatıldığı Qran Pridə Azərbaycan 5 tatami ustası ilə təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi