Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçusu Portuqaliya klubunun heyətində bürünc medal qazanıb

    Rüstəm Orucovun komandası Qızıl Liqada fərqlənib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan milli komandasının cüdoçusu Rüstəm Orucov növbəti medalını qazanıb. "Report"un məlumatına görə, 24 yaşlı idmançı Portuqaliyanın “Sportinq” klubunun heyətində Avstriyanın paytaxtı Vyanada Qızıl Liqa turnirinin bürünc medalına sahib olub. 

    Avropanın ən güclü klublarını bir araya gətirən komanda yarışında “Sportinq” əvvəlcə Rusiyanın “Dinamo Alanya” kollektivini məğlub edib – 4:1. Növbəti görüşündə Portuqaliya təmsilçisi Gürcüstanın “Fifhter Tbilisi” klubuna 2:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə isə ev sahiblərinə – “Galaxy Tigers Vienna”ya 4:1 hesabı ilə qalib gələn Rüstəm Orucovun komandası bürünc medala yiyələnib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi