İslamiada: Azərbaycan cüdoçuları 4 medal qazanıblar

İslamiada: Azərbaycan cüdoçuları 4 medal qazanıblar 60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.
Fərdi
15 Avqust , 2022 19:07
İslamiada: Azərbaycan cüdoçuları 4 medal qazanıblar

Azərbaycan cüdoçusu Nəriman Mirzəyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq-da yer alan idmançı qızıl medal uğrunda qarşılaşmada özbəkistanlı Şakram Ahadovla görüşüb.

Rəqibinə cərimə xalı ilə uduzan Mirzəyev gümüş medalla kifayətlənib.

18:57

Azərbaycan cüdoçusu Telman Vəliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 73 kq-da çıxış edən idmançı qırğızıstanlı Çingizxan Saginaliyevi sınağa çəkib.

Rəqibinə qızıl xal bölümündə cərimə xalı ilə qalib gələn Vəliyev 3-cü yeri tutub.

17:36

Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalı qazanıb. 

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən cüdoçu Balabəy Ağayev finalda özbəkistanlı idmançı Kamran Nurullayevə ipponla qalib gəlib. 

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva finalda Türkiyə idmançısı Tuğce Bederə məğlub olaraq gümüş medalla kifayətlənib. Eyni çəkidəki Leyla Əliyeva üçüncü yer uğrunda görüşdə Tunis təmsilçisi Umayma Bediuiyə yenilib. 

16:55

Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında daha iki Azərbaycan cüdoçusu finala çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Könül Əliyeva (48 kq) yarımfinalda Əzizə Şakiri (Mərakeş) məğlub edib. Onun finaldakı rəqibi meydan sahibi Türkiyə idmançısı Tuğce Beder olacaq.

Bu çəkidə yarışan Azərbaycanın daha təcrübəli digər cüdoçusu Leyla Əliyeva isə yarımfinalda həmin Bederə məğlub olub. O, bürünc medal uğrunda görüşdə Umayma Bediui (Tunis) ilə qarşılaşacaq.

Nəriman Mirzəyev (73 kq) qırğızıstanlı Çingizxan Saqınəliyevi məğlub edərək finala çıxıb.

Bu çəkidə çıxış edən Telman Vəliyev isə təsəlliverici yarışda Ud Zurdanini (Əlcəzair) məğlub edib. Vəliyevin bürünc medal üçün rəqibi qırğızıstanlı Çingizxan Saginaliyev olacaq.

Qeyd edək ki, həlledici görüşlər bu gün saat 17:00-dan etibarən başlayacaq.

16:25

60 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Balabəy Ağayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında finala çıxıb.

"Report"un Konyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, o, yarımfinalda türkmənistanlı idmançı Haqverdi Cumayevə qalib gələrək, finala vəsiqə qazanıb. Balabəy finalda özbəkistanlı idmançı Kamran Nurullayev ilə qarşılaşacaq.

Həmçinin Azərbaycanın digər idmançılarından Nəriman Mirzəyev (73 kq), Leyla Əliyeva və Könül Əliyeva (hər ikisi 48 kq) yarımfinala çıxıblar.

Telman Vəliyev (73 kq) 1/4 finalda uduzub və bürünc medal üçün təsəlliverici yarışa qatılacaq. İbrahim Əliyev (66 kq), Gültac Məmmədəliyeva (52 kq), Səbinə Əliyeva (57 kq) və Nərgiz Hacıyeva (63 kq) isə uduzaraq medalsız qalıb.

Son xəbərlər

Orphus sistemi