Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyada gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyada gümüş medal qazanıb Yaponiyanın Osaka şəhərində cüdo üzrə Böyük Dəbilqə beynəlxalq turniri keçirilib.
Fərdi
24 Noyabr , 2019 16:01
Azərbaycan cüdoçusu Elmar Qasımov Yaponiyada gümüş medal qazanıb

Yaponiyanın Osaka şəhərində cüdo üzrə "Böyük Dəbilqə" beynəlxalq turniri keçirilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, yarışda 86 ölkənin idmançıları ilə yanaşı Azərbaycan cüdoçuları da mübarizə aparıblar. 

Kişilərin mübarizəsində -100 kq çəki dərəcəsində yarışan Elmar Qasımov Fransa, Almaniya, Rusiya və Yaponiya cüdoçularını məğlub edərək finala çıxıb. 

Həlledici qarşılaşmada yaponiyalı Haqa Ryunosukeyə uduzan cüdoçumuz nüfuzlu yarışın gümüş medalını qazanıb. 

Qeyd edək ki, 481 cüdoçunun qatıldığı Osaka turnirində Azərbaycan 13 idmançı ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi