Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB O, komanda yoldaşı olan rəqibini məğlub edib
Fərdi
2 Sentyabr , 2017 20:22
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB

Bakı. 2 sentyabr. REPORT.AZ/ Macarıstanda keçirilən dünya çempionatında Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb.

"Report"un məlumatına görə, bürünc medal uğrunda təsəlliverici görüşdə Azərbaycan idmançısı İrina Kindzerska niderlandlı Tessie Savelkouls ilə qarşılaşıb. Niderland idmançısından üstün olan İ. Kinderadze rəqibi üzərində qələbə qazanıb.

Bu, Azərbaycan komandasının Macarıstanda keçirilən dünya çempionatında ikinci bürünc, ümumilikdə, dördüncü medalıdır. 

Cüdo üzrə Azərbaycan milli komandası Budapeşt mundialını 4 medalla( 2 gümüş, 2 bürünc) başa vurub. Yarışların ilk günlərində idmançılarımız Orxan Səfərov və Rüstəm Orucov gümüş medal qazanıb. 


***20:02

Azərbaycanın iki cüdoçusu - dünya və Avropa çempionu Elxan Məmmədov ilə Rio Olimpiya Oyunlarının gümüş mükafatçısı Elmar Qasımov Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə dünya çempionatında qarşılaşıb.

"Report" xəbər verir ki, çəkisi 100 kiloqram olan kişilərin mübarizəsində bürünc medal uğrunda görüşdə Elmar Qasımov komanda yoldaşı olan rəqibini məğlub edib.

Bununla da o, Macarıstanda keçirilən dünya çempionatını üçüncü yerdə başa vurub.

Son xəbərlər

Orphus sistemi