Bakı. 6 may. REPORT.AZ/ Azərbaycan cüdoçusu Tərlan Kərimov Bakıda keçirilən "Böyük dəbilqə" turnirində bürünc medal qazanıb.
"Report"un məlumatına görə, 30 yaşlı idmançı bürünc medal uğrunda həlledici görüşdə belçikalı Kennet van Qansbekeni məğlub edib.
Görüşün əvvəlində o, cərimə xalı alsa da, sona bir dəqiqə qalmış ipponla qələbəyə nail olub.
Qeyd edək ki, bu, Azərbaycanın ilk yarış günündə yeganə medalı olub.