Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxmayacaq

Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxmayacaq Antalyada keçirilən "Böyük Dəbilqə" turnirində -66kq. çəki dərəcəsində yarışan cüdoçumuz Orxan Səfərov keçirdiyi sonuncu görüşdə zədələndiyindən, milli yığmanın həkiminin tövsiyəsi və milli yığmanın baş məşqçisinin qərarına əsasən yarışın final blokunda b
Fərdi
1 aprel 2022 12:58
Azərbaycan cüdoçusu bürünc medal görüşünə çıxmayacaq

Azərbaycan cüdoçusu Orxan Səfərov Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal görüşünə çıxmayacaq.

"Report"un federasiyanın rəsmi saytına istinadən məlumatına görə, buna 66 kq-da yer alan idmançının zədələnməsi səbəb olub.

Villian Lima (Braziliya) ilə 1/4 final qarşılaşmasında zədə alan Səfərov yığmanın həkiminin tövsiyəsinə və baş məşqçisinin qərarına əsasən, 3-cü yer uğrunda döyüşdə iştirak etməyəcək.

Qeyd edək ki, Orxan Səfərov medal görüşündə Tal Fliker (İsrail) ilə qarşılaşmalı idi.

Son xəbərlər

Orphus sistemi