​Azərbaycan cüdoçusu Avropa üçüncüsü olub

​Azərbaycan cüdoçusu Avropa üçüncüsü olub Hidayət Heydərov bürünc medal uğrunda görüşdə Montoneqro nümayəndəsini məğlub edib
Fərdi
15 Noyabr , 2015 09:15
​Azərbaycan cüdoçusu Avropa üçüncüsü olub

Bakı. 15 noyabr. REPORT.AZ/ Cüdo üzrə gənclərdən ibarət milli komandamızın üzvü Hidayət Heydərov Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa birinciliyində bürünc medal qazanıb.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 73 kq. çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu ilk görüşdə Moldova təmsilçisi George Blanarunu məğlub edib.

Növbəti mərhələlərdə rusiyalı Arbi Xamxoyev, ukraynalı Artyom Xomulaya qalib gələn Hidayət yarımfinalda İtaliya cüdoçusu Antoniyo Espozitoya uduzub. Üçüncü yer uğrunda görüşdə Montoneqro nümayəndəsi Nikola Qusiç üzərində qələbə qazanan cüdoçumuz Avropa birinciliyinin bürünc medalına sahib olub.

Qeyd edək ki, qitə birinciliyində çıxış edən milli komandamızın aktivində 3 medal var (Davud Məmmədov (60 kq) gümüş, Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc).

Son xəbərlər

Orphus sistemi