Yuxarı
    Bağlamaq

    Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb

    Orxan Səfərov finalda fransalı Valid Xyara məğlub olub

    Bakı. 21 aprel. REPORT.AZ/ Azərbaycan cüdoçusu Orxan Səfərov Rusiyanın Kazan şəhərində keçirilmiş Avropa çempionatında gümüş medal qazanıb. "Report"un məlumatına görə, 24 yaşlı idmançı finalda fransalı Valid Xyara məğlub olub.

    O, görüşə fəal başlayıb. Əvvəlcə yuko, ardından vazari xalları alan Səfərov sonradan təşəbbüsü əldən verib. Nəticədə Xyar ipponla qələbə qazanıb.

    Qeyd edək ki, bu, ilk yarış günündə Azərbaycan yığmasının yeganə medalı olub. 60 kq çəkidə Azərbaycanın digər cüdoçusu İlqar Müşkiyev 7-ci yeri tutub. Tərlan Kərimovla (66 kq) yeganə qadın cüdoçu Aişə Qurbanlı ilk görüşdəcə uduzaraq mübarizəni dayandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi