Azərbaycan cüdoçusu Almaniyada gümüş medal qazanıb

Azərbaycan cüdoçusu Almaniyada gümüş medal qazanıb Rüstəm Orucov finala gedən yolda Yaponiya təmsilçisinə məğlub olub
Fərdi
20 Fevral , 2016 22:19
Azərbaycan cüdoçusu Almaniyada gümüş medal qazanıb

Bakı. 20 fevral. REPORT.AZ/ Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-Pri beynəlxalq turniri davam edir.

Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub.

Belə ki, millimiz aktivinə mötəbər turnirin ilk medalını yazıdırıb.

73 kq. çəki dərəcəsində çıxış edən Rüstəm Orucov finala gedən yolda belaruslu Aleksey Ramançuk, qazax Didar Həmzə, monqol Xadbatar Naranxu üzərində qələbə qazanıb. Rüstəm yarimfinalda Gürcüstan cüdoçusu, London olimpiadasının qalibi Laşa Şavdatuaşvilini məğlub edib. Lakin həlledici görüşdə Yaponiya təmsilçisi, dünya çempionu Şoşei Onoya uduzaraq Qran-Prinin gümüş medalını qazanıb.

Digər cüdoçularımız – Əbdülhəq Rəsullu və Rüstəm Alimli (hər ikisi 81 kq) mübarizəni erkən dayandırıb.

Son xəbərlər

Orphus sistemi