Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə medal qazana bilməyiblər

Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə medal qazana bilməyiblər Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirinin ilk günündə çıxışlarını başa vurublar.
Fərdi
29 Mart , 2019 18:50
Azərbaycan cüdoçuları Qran-pri turnirinin ilk günündə medal qazana bilməyiblər

Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Qran-pri turnirinin ilk günündə çıxışlarını başa vurublar.

"Report" xəbər verir ki, ilk yarış günündə kişilərin mübarizəsində İsmayıl İbrahimov bürünc medal görüşünə çıxıb.

66 kq çəki dərəcəsində yarışan idmançı Gürcüstan təmsilçisi Baqrati Niniaşvili ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra Azərbaycan idmançıları ilk yarış gününü medalsız başa vurub. 

Digər cüdoçulara gəldikdə kişilərin yarışında Tofiq Məmmədov, Balabəy Ağayev (hər ikisi 60 kq) və İlkin Babazadə (66 kq), qadınlardan isə Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və İçinxorlu Munxtsedev (57 kq) daha erkən mərhələlərdə uduzaraq mübarizəni dayandırıblar.

Martın 30-da kişilərdən Fəqan Quluzadə, Afiq Səfərli (hər ikisi 81 kq), qadınlardan isə Fatma Özərdim (70 kq) mübarizəyə qoşulacaq. Nəhayət, martın 31-də Abdulhəqq Rəsullu və Əliömər Tumayev (hər ikisi 90 kq) tatami üzərinə çıxacaq. 

Son xəbərlər

Orphus sistemi