Azərbaycan cüdoçuları Qran-Pri turnirində mübarizə aparacaqlar

Azərbaycan cüdoçuları Qran-Pri turnirində mübarizə aparacaqlar Portuqaliyanın Odivelas şəhərində Qran-Pri turniri keçiriləcək.
Fərdi
19 Yanvar , 2022 23:30
Azərbaycan cüdoçuları Qran-Pri turnirində mübarizə aparacaqlar

Portuqaliyanın Odivelas şəhərində cüdo üzrə Qran-Pri turniri keçiriləcək.

“Report”un Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına istinadən məlumatına görə, yanvarın 28-dən 30-dək təşkil olunacaq turnirdə Azərbaycanın 14 cüdoçusunun iştirakı planlaşdırılıb.

Yarışda Balabəy Ağayev, Rövşən Əliyev (60 kq), Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Elcan Hacıyev, Zelim Tçkayev (81 kq), Rüfət İsmayılov (90 kq), Adil Kərimli (100 kq), İmran Yusifov, Uşangi Kokauri (+100 kq) iştirak edəcəklər.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) güclərini sınayacaqlar.

Turnirdə 46 ölkədən 400-dən çox idmançı iştirakını təsdiqləyib.

Son xəbərlər

Orphus sistemi