Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəni dayandırıblar

Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəni dayandırıblar Azərbaycan yığması Astanada keçirilən cüdo üzrə dünya çempionatında medal qazana bilməyib
Fərdi
29 Avqust , 2015 19:37
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəni dayandırıblar

Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycan yığması Astanada keçirilən cüdo üzrə dünya çempionatında medal qazana bilməyib.

Turnirin altıncı günündə tatami üzərinə 100 kiloqramadək çəki dərəcəsində Elxan Məmmədov və Elmar Qasımov çıxıblar. Elmar Qasımov rəqibi hakim tərəfindən xəbərdarlıq aldığı üçün estoniyalı Qriqori Minaskinə qalib gəlib. Lakin idmançımız daha sonra ipponla qırğızıstanlı Çingiz Məmmədova uduzub.

Elxan Məmmədov isə əvvəlcə rumıniyalı Valentin Rada üzərində təmiz qələbə qazanıb. O, hakimdən xəbərdarlıq alan argentinalı Ektor Kamposa da qalib gəlib. E.Məmmədov növbəti görüşdə çex Lukaş Krpalekə ipponla uduzub.

Son xəbərlər

Orphus sistemi