Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışındadırlar

Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışındadırlar Hazırlıq prosesini Avropa Cüdo Federasiyası təşkil edib
Fərdi
3 İyul , 2017 18:24
Azərbaycan cüdoçuları İspaniyada təlim-məşq toplanışındadırlar

Bakı. 3 iyul. REPORT.AZ/ Cüdo üzrə Azərbaycan milli komandasının əsas üzvləri hazırda İspaniyada təlim-məşq toplanışındadır.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, idmançılar Kastelldefels şəhərində Avropa Cüdo Federasiyasının təşkil etdiyi toplanışda baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında gündə 2 dəfə məşq edirlər. Təlim-məşq toplanışına Orxan Səfərov, Nicat Şıxəlizadə, Rüstəm Orucov, Hidayət Heydərov, Tural Səfquliyev, Elxan Məmmədov, Zelim Kotsoyev və Uşanqi Kokauri qatılıb. Onlar iyulun 7-də Vətənə qayıdacaq.

Qeyd edək ki, hazırlıqlarını Bakıda davam etdirəcək Azərbaycan cüdoçuları iyulun 22-də Belarusun paytaxtı Minskdə keçiriləcək Avropa açıq çempionatına qatılacaqlar. 

Son xəbərlər

Orphus sistemi