Azərbaycan cüdoçuları dünya çempionatından Vətənə qayıdıb

Azərbaycan cüdoçuları dünya çempionatından Vətənə qayıdıb Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası İtaliyanın Olbiya şəhərində keçirilmiş dünya çempionatından qayıdıb.
Fərdi
10 Oktyabr , 2021 13:26
Azərbaycan cüdoçuları dünya çempionatından Vətənə qayıdıb

Azərbaycanın gənc cüdoçulardan ibarət milli komandası İtaliyanın Olbiya şəhərində keçirilmiş dünya çempionatından qayıdıb.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda gənc cüdoçuların qarşılanma mərasimi olub.

Milli üzvlərini federasiya və idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, atletlər və mətbuat nümayəndələri qarşılayıblar.

Mundiala 8 nəfərlik heyətlə qatılan millinin iki üzvü çıxışını medalla başa vurub. Onlardan 60 kq çəkidə çıxış edən Turan Bayramov gümüş, 81 kq çəkidəki Elcan Hacıyev isə bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan ümumi komanda hesabında 12-ci sırada qərarlaşıb. Oğlanlar arasında isə yığma 7-ci yeri tutub.

Qeyd edək ki, dünya çempionatında 72 ölkədən 490 cüdoçu (282 oğlan, 208 qız) mübarizə aparıb.

Son xəbərlər

Orphus sistemi