​Azərbaycan cüdoçusu "Böyük dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq

​Azərbaycan cüdoçusu "Böyük dəbilqə" turnirində bürünc medal uğrunda görüşə çıxacaq Millinin 9 üzvü mübarizəni dayandırıb
Fərdi
6 May , 2016 14:03
​Azərbaycan cüdoçusu Böyük dəbilqə turnirində bürünc medal uğrunda görüşə çıxacaq

Bakı. 6 may. REPORT.AZ/ Bakıda cüdo üzrə "Böyük dəbilqə" turnirinə start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 10 cüdoçusu mübarizəyə qoşulub.

Onlardan heç biri yarımfinala yüksələ bilməyib. Qadınların mübarizəsində 48 kq çəkidə çıxış edən Aişə Qurbanlı 1/8 finalda Qvineya Bisau təmsilçisi Tasiana Limaya məğlub olub. Eyni çəkidə mübarizə aparan milli komandanın digər üzvü Şəfəq Məmmədova 1/8 finalda türkiyəli Dilara Lokmanhekimə uduzub.

60 kq-da İlqar Müşkiyev 1/4 finala qədər yüksəlsə də, yarımfinala gedən yolda Yaponiya cüdoçusu Ryuju Naqayama ilə bacarmayıb. Buna baxmayaraq, İ.Müşkiyev təsəlliverici görüşə çıxıb. Lakin bu dəfə o, özbəkistanlı Diyorbek Urozboyevə uduzaraq, yarışı 7-ci pillədə tamamlayıb. Müşkiyevə qalib gələn yaponiyalı idmançı 1/16 finalda millinin daha bir üzvü Orxan Səfərovu məğlub edib. Eyni çəkidə yarışan Vüqar Şirinli 1/16 finalda Böyük Britaniya idmançısı Eşli Makkenziyə uduzub. Elbrus Zamanov isə israilli Artyom Arşanski ilə bacarmayıb.

66 kq çəkidə də yalnız bir cüdoçu medal qazanma şansını qoruyub. 1/4 finala qədər bütün rəqiblərindən güclü olan Tərlan Kərimov bu mərhələdə ispaniyalı Suqoi Uriarteyə yenilib. Lakin ilk təsəlliverici görüşdə o, italiyalı Elio Verdeni məğlub edərək, bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ əldə edib. Mükafatçılar sırasına düşmək üçün Kərimov Kennet van Qansbekeni (Belçika) məğlub etməlidir. İskəndər Talışınski 1/8 finala qədər irəliləsə də, rusiyalı Mixail Pulyayevə qalib gələ bilməyib. Famil Məmmədzadə 1/16 finalda belçikalı Kennet van Qansbekə, Orxan Əskərzadə qazaxıstanlı Əzəmət Mukanova uduzub.

Qeyd edək ki, "Böyük dəbilqə" turniri mayın 8-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi