Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurub

Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurub Bakı. 9 aprel. REPORT.AZ/ İtaliyanın Linyano şəhərində gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub.
Fərdi
9 Aprel , 2018 13:25
Azərbaycan cüdoçuları Avropa Kubokunu 6 medalla başa vurub

Bakı. 9 aprel. REPORT.AZ/ İtaliyanın Linyano şəhərində gənc cüdoçuların Avropa Kubokuna yekun vurulub.

“Report” xəbər verir ki, son yarış günündə Azərbaycanın daha bir idmançısı fəxri kürsüyə yüksəlib. 100 kq çəki dərəcəsində mübarizə aparan Adil Kərimov bürünc medal qazanıb. Beləliklə, Avropa Kubokunda, ümumilikdə, 6 medal qazanılıb. 

Bunadək 55 kq çəki dərəcəsində Balabəy Ağayev qızıl, Rəşxan Baxışəliyev gümüş, Rövşən Əliyev bürünc medala sahib olub. 60 kq çəki isə Yaşar Nəcəfov gümüş, Əhməd Yusifov bürünc medal qazanıb.

Qeyd edək ki, 36 ölkədən 604 gənc cüdoçunun (397 oğlan, 217 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan millisi 27 cüdoçu (20 oğlan, 7 qız) ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi