Azərbaycan cüdoçuları Avropa kubokunda 2 bürünc medal qazanıblar - FOTO

Azərbaycan cüdoçuları Avropa kubokunda 2 bürünc medal qazanıblar - FOTO Lüksemburqda cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.
Fərdi
29 Sentyabr , 2019 02:26
Azərbaycan cüdoçuları Avropa kubokunda 2 bürünc medal qazanıblar - FOTO

Lüksemburqda cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, beynəlxalq turnirin ilk günü Azərbaycan cüdoçuları iki bürünc medal qazanıblar. 

Qadınlar arasında 57 kq çəki dərəcəsində mübarizə aparan millinin rumın legioneri Aleksandra-Larisa Florian yalnız bir görüşdə, turnirin fransalı çempionu Prişila Gnetoya uduzaraq 3-cü yeri tutub. Kişilərin yarışında isə Rəşad Yelkiyev (60 kq) Avropa kubokunun bürünc medalına layiq görülüb.

Qeyd edək ki, Lüksemburq turnirində 47 ölkədən 358 cüdoçu yarışır.

Son xəbərlər

Orphus sistemi