Azərbaycan cüdoçuları Avropa çempionatını medalsız başa vurdu

Azərbaycan cüdoçuları Avropa çempionatını medalsız başa vurdu Azərbaycan cüdoçusu Camal Feyziyev Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.
Fərdi
6 Noyabr , 2020 20:48
Azərbaycan cüdoçuları Avropa çempionatını medalsız başa vurdu

Azərbaycan cüdoçusu Camal Feyziyev Xorvatiyanın Poreç şəhərində keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

"Report"un məlumatına görə, 100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı rusiyalı Valeri Endovitski ilə üz-üzə gəlib.

Qarşılaşmada məğlub olan Feyziyev 5-ci yerlə kifayətlənib. 100 kq-da yarışan Adil Kərimli isə bürünc medal uğrunda görüşdə İsveçrə cüdoçusu Daniel Eyçə uduzub və 5-ci olub.

Qeyd edək ki, turnirin ötən iki günündə də Azərbaycan təmsilçiləri medal qazanmayıb. Daha əvvəl 81 kq-dakı Elcan Hacıyev də 5-ci yeri tutub. Noyabrın 4-də start götürən qitə çempionatına ölkənin 13 cüdoçusu qatılıb.

Son xəbərlər

Orphus sistemi