Yuxarı

​Azərbaycanın 5 cüdoçusu Almatı Qran Prisində ilk görüşdə uduzub

Məğlub olanlar arasında Tərlan Kərimov da var

Bakı. 13 may. REPORT.AZ/ Bu gün Qazaxıstanın paytaxtı Almatı şəhərində cüdo üzrə Qran Priyə start verilib. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 cüdoçusu tatami üzərinə çıxıb.

Yeganə qadın idmançı Aişə Qurbanlı 48 kq çəkidə mübarizəyə 1/16 finaldan qoşulub. İlk görüşdə İndoneziya təmsilçisi Terri Kusumaşardani Susantini məğlub edən A.Qurbanlı 1/8 finalda fransalı Laetitia Payetlə bacarmayıb.

60 kq çəkidə kişilərin yarışında Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Sadiq Məhərrəmov ilk görüşdəcə misirli Ahmed Abelrahmana uduzub. Vüqar Şirinli isə ABŞ idmançısı Aron Kunihironu üstələsə də, qazaxıstanlı Kiliş Yerenkaiypovu yenə bilməyib.

66 kq-da çıxış edən Tərlan Kərimov 1/16 finalda məğlubiyyətlə üzləşib. O, qazaxıstanlı Azamat Mukanova məğlub edə bilməyib. İskəndər Talışınski isə 1/8 finalda yaponiyalı Yoşiro Maruyamadan güclü ola bilməyib.

Qeyd edək ki, mayın 14-də 73 kq çəki dərəcəsində Vüqar Bayramovla Fəqan Quluzadə, 81 kq çəkidə isə Ceyhun Babakişiyev və Əbdülhəqq Rəsullu mübarizəyə qoşulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi