Bakı. 27 fevral. REPORT.AZ/ Cüdo üzrə Azərbaycanın gənclərdən ibarət milli komandasının məşqçilər heyətində dəyişiklik gerçəkləşib. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, komandanın əvvəlki baş məşqçisi Rəşad Məmmədovu Elçin İsmayılov əvəz edib.
Rəşad Həsənov, Ramil İsmayılov və İlham Məmmədov isə yığmanın köməkçi-məşqçi vəzifəsini icra edəcək. Məşqçilər gənclərdən ibarət millinin üzvlərinə təqdim olunub.