Azərbaycan Cüdo Federasiyasının prezidenti yığmanın məşqini izləyib

Azərbaycan Cüdo Federasiyasının prezidenti yığmanın məşqini izləyib Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Ağstafada region məşqçiləri və idmançıları ilə görüşüb.
Fərdi
13 Mart , 2022 21:23
Azərbaycan Cüdo Federasiyasının prezidenti yığmanın məşqini izləyib

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Ağstafada region məşqçiləri və idmançıları ilə görüşüb.

ACF-dən "Report"a verilən məlumata görə, görüş zamanı regionlarda cüdonun daha da inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

Regionlarda, o cümlədən Ağstafa və ətraf rayonlarda cüdonun daha da kütləviləşdirilməsi yeniyetmələrin və gənclərin fiziki, mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə yığmaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Bununla yanaşı, R.Nəbiyev Göygöl Olimpiya Kompleksində kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi ilə təşkil olunmuş ilk təlim-məşq toplanışını izləyib.

Son xəbərlər

Orphus sistemi