Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub

Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub
Fərdi
11 Yanvar , 2018 16:47
Azərbaycan Cüdo Federasiyasının Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub
Judo.az

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) Masallı Təlim-Məşq Mərkəzinin açılışı olub.

“Report” xəbər verir ki, tədbirdə çıxış edənlər Azərbaycanda dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq cüdoçuların son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Masallı rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə ACF-in rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Cənub bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Son xəbərlər

Orphus sistemi