Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
Fərdi
19 Dekabr , 2018 19:36
Güləş üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bakı. 19 dekabr. REPORT.AZ/ Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə əvvəlcə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək ölkədə idmana göstərilən dövlət qayğısından danışıb.

O bildirib ki, güləşçilər həmişə beynəlxalq arenada yüksək nailiyyətləri ilə xalqı sevindirirlər: "İdmanın bu növü ölkəmizdə çox sevilir və populyardır. Ölkə çempionatında da rəqabət çox yüksəkdir" deyən İ.İsmaylov güləşçilərin 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında da yüksək nəticələr əldə edəcəklərinə inandığını vurğulayıb.

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti vəzifəsini icra edən Namiq Əliyev dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə digər sahələrdə olduğu kimi, idmanda da sürətli inkişafın müşahidə olunduğunu vurğulayıb. AGF-nin rəhbəri Yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanılan 1 qızıl və 1 bürünc medalın böyük uğur olduğunu qeyd edib. Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən N.Əliyev qaliblərin milli komandaya cəlb olunacaqlarını deyib və yarışı açıq elan edib. Sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Qeyd edək ki, açılış mərasimi başa çatdıqdan sonra bu il dünya çempionatlarında fəxri kürsüyə qalxan yeniyetmə və gənc güləşçilərin mükafatlandırma mərasimi keçirilib.

Son xəbərlər

Orphus sistemi