Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 71 kq çəkidə çıxış edən boksçumuz Şəmsi Şahbazov tacikistanlı boksçu Abduahad Babaevi məğlub edərək yarımfinala yüksəlib.
"Report" xəbər verir ki, bununla da həmyerlimiz ən azı bürünc medalı təmin etmiş olub.
Yarımfinal görüşlərinə avqustun 22-də start veriləcək.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.
Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 54 kq çəkidə çıxış edən boksçumuz Nicat Hüseynov yarımfinala yüksəlib.
"Report" xəbər verir ki, o, belaruslu boksçu İvan Zaxarenkonu məğlub edərək növbəti mərhələyə adlayıb. Bununla da həmyerlimiz bürünc medalı təmin edib.
Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi, 15-i qadın olmaqla, 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.