Azərbaycan boksçusu: "Məqsədim olimpiya çempionu olmaqdır"

Azərbaycan boksçusu: "Məqsədim olimpiya çempionu olmaqdır" "Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm".
Fərdi
30 İyul , 2021 15:30
Azərbaycan boksçusu: Məqsədim olimpiya çempionu olmaqdır
Alfonso Dominges

"Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan boksçusu Alfonso Dominges (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanması barədə danışarkən deyib.

1/4 finalda türkiyəli Bayram Malkana qalib gələrək ən azı bürünc medalı təmin edən idmançı özünü möhtəşəm hiss etdiyini bildirib: "Artıq 2 medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm".

Dominges görüşün gedişində Malkanla aralarındakı insidentə də toxunub: "Hakimə dedim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Belədə uduza da bilərdim. Ona görə əsəbi idim. Çünki döyüşmək istəyirdim. Hər şey buna görə oldu".

Finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq boksçi rinqə qələbə üçün çıxacağını söyləyib: "Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam".

Qeyd edək ki, Domingeslə Lopes arasında yarımfinal döyüşü avqustun 1-də olacaq.

Son xəbərlər

Orphus sistemi