Azərbaycan boksçusu erməniyə qalib gələrək, medalı təmin edib

Azərbaycan boksçusu erməniyə qalib gələrək, medalı təmin edib Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında Avropa birinciliyi davam edir. Yarışın 6-cı günündə 1/4 final mərhələsi çərçivəsində rinqə çıxan Azərbaycan millisinin daha bir üzvü döyüşünü qələbə ilə başa vurub.
Fərdi
19 Aprel , 2022 20:29
Azərbaycan boksçusu erməniyə qalib gələrək, medalı təmin edib

Azərbaycanın daha bir boksçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən gənclər arasında Avropa çempionatında 1/4 final görüşünə çıxıb.

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, 51 kq çəki dərəcəsində yer alan Amin Məmmədzadə bu raundda ermənistanlı Aren Aslamazyanla qarşılaşıb.

Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələn Məmmədzadə onu vaxtından əvvəl yarışdan kənarlaşdırıb və ən azı bürünc medalı təmin edib.

Qeyd edək ki, daha əvvəl Kənan Babayev (48 kq) Sofiyadan mükafatla ayrılacağını rəsmiləşdirib.

Son xəbərlər

Orphus sistemi