Yuxarı

Azərbaycanın 2 boksçusu finala, 3 boksçusu olimpiadaya lisenziya qazanıb - YENİLƏNİB

Dohada keçirilən dünya çempionatında daha 3 boksçumuz yarımfinal görüşünə çıxıblar

Bakı. 12 oktyabr. REPORT.AZ/ Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında Azərbaycanın 2 boksçusu finala yüksəlib. "Report"un məlumatına görə, bunlar 52 kq çəki dərəcəsində mübarizə aparan Elvin Məmişzadə ilə 60 kq çəkidəki Albert Səlimovdur.

Məmişzadə yarımfinalda əlcəzairli Muhammed Flissi ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini texniki nokautla meglub edib. O, finala vəsiqə qazanmaqla bəraber, 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Onun finaldakı rəqibi kubalı Yosbani Veyta olacaq.

Lisenziyanı hələ WSB Liqasında ikən təmin etmiş Səlimov yarımfinalda braziliyalı Robson Konseysao ilə qarşılaşıb. Bu görüş də Azərbaycan boksçusunun qələbəsi ilə yekunlaşıb - 3:0. Dünya və Avropa çempionu finalda daha bir kubalı Lazaro Alvareslə qarşılaşacaq.

69 kq çəkidə yer alan Pərviz Bağırov isə qazaxıstanlı Daniyar Yeleusinovla döyüşdən məğlub ayrılıb. O da bürünc medal və olimpiadaya lisenziyaya sahib çıxıb. Səbəb digər yarımfinaldakı əlcəzairli Məhəmməd Rabiinin artıq WSB Liqasından bu hüquqa yiyələnməsidir. Bağırov Rabii ilə Yeleusinov arasındakı final görüşünün nəticəsindən asılı olmayaraq, lisenziyaların 3 yeni sahibindən birinə çevrilib.

Qeyd edək ki, ötən gün dünya çempionatında Azərbaycan boksçularından 91 kq çəki dərəcəsində mübarizə aparan Abdulqadir Abdullayev bürünc medala sahib olub. O, yarımfinalda uduzub. Digər boksçulardan Rüfət Hüseynov (49 kq), Tayfur Əliyev (56 kq) və Lorenso Sotomayor (64 kq) 1/4 finalda, Teymur Məmmədov isə 1/8 finalda mübarizəni dayandırıb. Final görüşləri oktyabrın 15-də baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi