​Azərbaycan boksçusu dünya birinciliyində ilk pilləyə sahib olub

​Azərbaycan boksçusu dünya birinciliyində ilk pilləyə sahib olub Məhəmməd Abdullayev bütün rəqiblərindən güclü olub
Fərdi
14 Sentyabr , 2015 10:44
​Azərbaycan boksçusu dünya birinciliyində ilk pilləyə sahib olub

Bakı. 14 sentyabr. REPORT.AZ/ Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya birinciliyində Azərbaycan boksçusu çempion olub. "Report"un məlumatına görə, +80 kq çəkidə mübarizə aparan milli komandanın üzvü Məhəmməd Abdullayev bütün rəqiblərindən güclü olub.

O, finalda almaniyalı Daniel Malsamı məğlub edib - 3:0. Abdullayev qələbəsini rinqdə rəqs etməklə qeyd edib.

Azərbaycanln digər idmançısı Orxan Həsənov (54 kq) isə yarımfinalda ABŞ boksçusu Mark Kastroya uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yeniyetmələr arasında dünya birinciliyində Azərbaycan 12 boksçu ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi