Yuxarı

Azərbaycan boksçusu Bolqarıstanda qızıl medal qazanıb

Yelena Vistropova kanadalı və ispaniyalı rəqiblərini məğlub edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə qadınlar arasında "Balkan Cup" turnirinə yekun vurulub. "Report"un məlumatına görə, yarışda Azərbaycan təmsilçisi Yelena Vıstropova qızıl medal qazanıb. 

69 kq çəki dərəcəsində yer alan 2012-ci il London Yay Olimpiya Oyunlarının iştirakçısı yarımfinalda kanadalı, finalda isə ispaniyalı rəqiblərini məğlub edib.

Qeyd edək ki, turnirdə İngiltərə, Fransa, İtaliya, Ukrayna, Bolqarıstan, Vyetnam, Kanada, Avstraliya, Yaponiya, Mərakeş, Əlcəzair kimi ölkələrin təmsilçiləri mübarizə aparıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi