Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub. Mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.
Fərdi
184
28 Oktyabr , 2021 16:46
Dünya çempionatı: Azərbaycan boksçusu 1/8 finala yüksəlib

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə qoşulub.

"Report"un məlumatına görə, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.

92 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda litvalı Yonas Yazeviçiuslə üz-üzə gəlib.

Rəqibinə 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesabı ilə qalib gələn Abdullayev 1/8 finala yüksəlib. O, növbəti qarşılaşmasını oktyabrın 31-də keçirəcək. Rəqib serbiyalı Vladan Babiç olacaq.

Qeyd edək ki, dünya çempionatının beşinci günündə Azərbaycanın iki boksçusu rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) italiyalı Simone Spada ilə, Sərxan Əliyev (71 kq) şotlandiyalı Stefen Nevenslə gücünü yoxlayacaq.

Son xəbərlər

Orphus sistemi