Boksçularımız üçün olimpiya lisenziyalı turnirin yeri və vaxtı açıqlandı

Boksçularımız üçün olimpiya lisenziyalı turnirin yeri və vaxtı açıqlandı Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı açıqlanıb
Fərdi
3 Mart , 2021 09:04
Boksçularımız üçün olimpiya lisenziyalı turnirin yeri və vaxtı açıqlandı

Boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinin yeri və vaxtı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a Beynəlxalq Boks Assosiasiyasından (AIBA) məlumat verilib.

Yarış iyunun 4-də Fransanın paytaxtı Parisdə qaldığı yerdən davam etdiriləcək və iyunun 8-də başa çatacaq. Amerika təsnifat turniri isə 10 - 16 mayda Argentinanın paytaxtı Buenos-Ayresdə olacaq.

Dünya Olimpiya Təsnifat Turniri ləğv olunduğundan, bu yarışda Tokio-2020 Yay Olimpiya Oyunlarına qazanılacaq lisenziyaların sahibləri reytinqə əsasən müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri 2020-ci il martın 14-də Böyük Britaniyanın paytaxtı Londonda başlayıb, lakin 3 gün sonra koronavirusa görə dayandırılıb. 57 kq çəki dərəcəsində çıxış edən Tayfur Əliyev yarışda Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Son xəbərlər

Orphus sistemi