Azərbaycan boksçuları Odessada beynəlxalq turnirdə çıxış edəcək

Azərbaycan boksçuları Odessada beynəlxalq turnirdə çıxış edəcək Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnirə qatılacaq.
Fərdi
14 İyul , 2018 17:05
Azərbaycan boksçuları Odessada beynəlxalq turnirdə çıxış edəcək

Bakı. 14 iyul. REPORT.AZ/ Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnirə qatılacaq. 

Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 16-da start götürəcək Semyon Trestinin xatirə turnirinə 5 boksçu qatılacaq.

A kateqoriyalı yarışda baş məşqçi Leonid Loivski Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Azərbaycan yığması Odessaya bu axşam yollanacaq.

Son xəbərlər

Orphus sistemi