Azərbaycan boksçuları dünya çempionatının hazırlığına başlayıb

Azərbaycan boksçuları dünya çempionatının hazırlığına başlayıb Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.
Fərdi
28 Sentyabr , 2021 23:40
Azərbaycan boksçuları dünya çempionatının hazırlığına başlayıb
0 : 00
0 : 00

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.

Federasiyadan "Report"a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunan məşqlər Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Toplanışa 20-dək boksçu dəvət edilib. Komandaya tezliklə millinin hərbçilərin dünya çempionatında mübarizə aparmış üzvləri də qoşulacaqlar. Mundial 13 çəki dərəcəsində keçiriləcəyindən məşqçilər korpusu yarışa 1 həftə qalmış heyəti müəyyənləşdirəcək.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək dünya çempionatı noyabrın 6-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi