Azərbaycan boksçuları dünya çempionatında 2 medalı təmin edib

Azərbaycan boksçuları dünya çempionatında 2 medalı təmin edib Orxan Həsənovla Məhəmməd Abdullayev yarımfinala yüksəlib
Fərdi
10 Sentyabr , 2015 10:47
Azərbaycan boksçuları dünya çempionatında 2 medalı təmin edib

Bakı. 10 sentyabr. REPORT.AZ/ Rusiyanın Sankt Peterburq şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında dünya çempionatında yarımfinalçılar müəyyənləşib. Sportnet.az-ın məlumatına görə, Azərbaycanın 2 boksçusu Orxan Həsənov (54 kq) və Məhəmməd Abdullayev (81 kq) ¼ finalda qaıib gələrək, ən azı bürünc medalı özlərinə təmin edib.

Həsənov Almaniya boksçusu Nik Bieri 2:1 hesabı ilə məğlub edib. O, yarımfinalda ABŞ təmsilçisi Mark Kastro ilə qarşılaşacaq.

Məhəmməd Abdullayev isə ¼ finalda ABŞ təmsilçisi Riçard Torres üzərində qələbə qazanıb – 3:0. O, finala gedən yolda rusiyalı Dmitri Fominlə üz-üzə gələcək.

Əvəzində yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov yarımfinala vəsiqə uğrunda görüşdə kubalı Edel Akosta Qarsiyaya uduzub - 1:2. Sayad Lalayev (63 kq) isə qazaxıstanlı Aybol Jambirbaya məğlub olub.

Qeyd edək ki, dünya birinciliyinə sentyabrın 12-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi