​Azərbaycan boksçuları Ahmed Kadırovun xatirəsinə həsr olunan turnirin 1/4 finalına çıxıblar

​Azərbaycan boksçuları Ahmed Kadırovun xatirəsinə həsr olunan turnirin 1/4 finalına çıxıblar Ahmed Kadırovun xatirəsinə həsr olunan ənənəvi boks turnirinə start verilib
Fərdi
21 Avqust , 2015 12:38
​Azərbaycan boksçuları Ahmed Kadırovun xatirəsinə həsr olunan turnirin 1/4 finalına çıxıblar

Bakı. 21 avqust. REPORT. AZ/ Rusiyanın Qroznı şəhərində Ahmed Kadırovun xatirəsinə həsr olunan ənənəvi boks turnirinə start verilib. "Report"un Azərbaycan Boks Federasiyasına istinadən verdiyi məlumata görə, yarışda Azərbaycan geniş tərkibli heyətlə təmsil olunur.

Turnirdə "Gilan" və "Baku Fires" klubunun idmançıları mübarizə aparır. Yarışın ilk günündə Azərbaycanın 7 boksçusu rinqə çıxıb.

52 kq çəki dərəcəsində çıxış edən Elnur Şəfizadə ilk görüşdə litvalı Marlus Visniauskas üzərində texniki nokautla qələbə qazanıb. O, 1/4 finalda rusiyalı Çingiz Natırovla üz-üzə gələcək. İman Əhmədli də (64 kq) turnirə qələbə ilə başlayıb. Litvanın digər təmsilçisi Deyvidas Kliuçakası məğlub edən (3:0) milli komandanın üzvü 1/4 finalda Belarus nümayəndəsi Aleksandr Vasilko ilə qarşılaşacaq.

64 kq çəki dərəcəsində azərbaycanlı əlcək ustası Xəzər Əliyev ilkin mərhələdə özbəkistanlı Şaxram Qiyasova uduzub - 0:3.

Xəyyam Məmmədov (69 kq) məşqçilərin etimadını doğruldub. Boksçu almaniyalı Markel Orsingerdən güclü olub - 3:0. Məmmədovun 1/4 finalda rəqibi rusiyalı Maqsud Aşxanov olacaq.

Bu çəkidəki digər Azərbaycan təmsilçisi Pərviz Hüseynov özbəkistanlı Mahmud Qaipov üzərində qələbə qazanıb. 75 kq çəki dərəcəsində çıxış edən Saqi Salehli ilk görüşdə Almaniya idmançısı Vyaçeslav Spomerə uduzub. Saqi Səmədov (+91 kq) isə ilk qarşılaşmada rusiyalı Cabrayıl İşxanova yenilib - 1:2.

Qeyd edək ki, 100-ə yaxın idmançının mübarizə apardığı yarışa avqustun 23-də yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi