Yuxarı
    Bağlamaq

    Azərbaycan boks yığmasının yeni baş məşqçisi Rusiyadan ola bilər

    Nağı Səfərov: Zaur Antianın özü millimizdə çalışmaq istədiyini bildirmişdi

    Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın boks üzrə milli komandası yenidən əcnəbi baş məşqçiyə həvalə olunacaq. Bu barədə "Report"a federasiyanın baş katibi Nağı Səfərov məlumat verib.

    Onun sözlərinə görə, hazırda bir neçə ölkədən olan təcrübəli mütəxəssislə danışıqlar aparılır. Lakin N.Səfərov konkret adlar açıqlamayıb: "Yeni baş məşqçi Rusiyadan da, Avropanın digər ölkələrindən də, hətta Amerikadan da ola bilər. İstəməzdik ki, indidən adını və ölkəsini açıqlayaq, danışıqlar nəticə vermədikdə isə arzuolunmaz durum yaransın. Amma namizədlərin hamısı zəngin karyeraya malikdirlər. İnanıram ki, yaxın vaxtlarda məsələ müsbət həll olunacaq və yeni baş məşqçimizi açıqlayacağıq".

    Federasiya rəsmisi İrlandiya yığmasının baş məşqçisi Zaur Antia ilə danışıqların alınmamasının səbəbini də açıqlayıb. O bildirib ki, gürcüstanlı mütəxəssisin özü hələ 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları zamanı yaxınlaşaraq, Azərbaycan millisində çalışmaq istədiyini bildirib. Lakin İrlandiya Boks Federasiyası onu buraxmayıb. Bununla da məsələ qapanıb.

    Qeyd edək ki, Azərbaycan yığmasının əvvəlki baş məşqçi Pedro Roke "Rio-2016"dan sonra istefaya göndərilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi