Azərbaycan Boks Federasiyasının Məşqçilər Komitəsinin sədri bəlli olub

Azərbaycan Boks Federasiyasının Məşqçilər Komitəsinin sədri bəlli olub Azərbaycan Boks Federasiyasının (ABF) Məşqçilər Komitəsinin ilk iclası keçirilib.
Fərdi
1 İyul , 2022 11:14
Azərbaycan Boks Federasiyasının Məşqçilər Komitəsinin sədri bəlli olub

Azərbaycan Boks Federasiyasının (ABF) Məşqçilər Komitəsinin ilk iclası keçirilib.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yığıncaqda ABF-in İdarə Heyətinin üzvü Rövşən Hüseynov yeni formalaşan komitənin sədri Vaqif Kazımov və onun müavini Əsgər Eyvazovu təqdim edib.

Ardınca Məşqçilər Komitəsinin üzvləri təsdiqlənib. Bildirilib ki, burada şəxsi tələbələri Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında mükafat qazanan məşqçi-müəllimlər yer alıblar. Bölgələrdə fəaliyyət göstərən və yetirmələri Azərbaycan çempionatlarında fəxri kürsüyə yüksələn mütəxəssislərin müstəsna hal kimi üzvlüyə qəbul ediləcəyi də qeyd olunub.

İclasda müxtəlif yaş qrupları üzrə yarışlarda boksçuların iştirakı, seçimlərin düzgün aparılması, regionlarda işlərinin qurulması və kütləviliyə nail olunmaq yolları müzakirə edilib. Qərara alınıb ki, tezliklə ölkənin müxtəlif bölgələrində Məşqçilər Komitəsinin nümayəndəlikləri fəaliyyətə başlayacaq.

Həmçinin məşqçilərin milli komandalarla işbirliyi barədə fikir mübadiləsi aparılıb, mütəxəssislərin beynəlxalq sertifikasiyaya hazırlığı barədə danışılıb.

Son xəbərlər

Orphus sistemi